Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan və barəsində məhkəmə tərəfində 2 aylıq həbs qətimkan tədbiri seçilmiş Ruslan Eyyubov Azərbayanda və xarici ölkələrdə çoxlu sayda daşınmaz əmlaka və biznes obyektlərinə sahibdir.
Ruslan Eyyubovun Bakıdakı çoxsaylı obyektlərindən biri də şəhərin mərkəzində - Nəsimi rayonu, Səməd Vurğun küçəsi 43 ünvanında yerləşən 20 mərtəbəli dəbdəbəli “World Business Center”dir. Təxminən 15 il əvvəl istifadəyə verilmiş biznes mərkəzində dupleks ofislər, kafe və restoranlar və s. obyeklət icarəyə verilir.

















