Hazırda bir çox bağçalarla bağlı müəyyən şikayətlər mövcuddur. Valideynlər qidalanma prosesindən, yemək menyusundan narazıdırlar. Bundan əlavə, valideynlər bildirirlər ki, bağçalar dövlət tərəfindən lazımi ərzaq məhsulları ilə təmin olunmağına baxmayaraq, tərbiyəçilər onlardan əlavə qidalar gətirmələrini istəyirlər.Buna səbəb isə tərbiyəçilərə də böyüklük edən bağça müdirlərinin tələbləridir.Çünki yetərincə qida verilsə də,bəzi bağçalarda qidalar nədənsə "yox " olur...Çox xırdalıqlara getmirik,qidanın kimin evinə getdiyi hər kəsə məlumdur.Keçək 1xeber.media-ya edilən şikaytətə.
Binəqədi rayonu,Biləcəri qəsəbəsində yerləşən 298 saylı uşaq bağçasından şikayət var.Burda yuxarıda qeyd etdiyimiz kimi,ərzaqlar kiminsə evinə daşınır.190 uşağa isə gördüyünü miqdarda qida verilir.2-3 kilo ət,7 süd.5 kəsmik....üstəlik hər uşaqdan 20 manat da tələb olunur,vəsaiti verməyən valideyin isə təziqlərə məruz qalır deyə məlumatlı mənbə iddia edir.Xatırladaq ki, 298 saylı körpələr evi-uşaq bağçası dövlət müəssisəsidir və orada tərbiyə alan uşaqlar üçün valideynlər heç bir ödəniş etməli deyillər.

















