2025-ci il dekabrın 27-də “Hilton” mehmanxanasında 28 dekabr - Vəkil Günü peşə bayramı münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin təntənəli andiçmə və peşə fəaliyyəti dövründə fərqlənən vəkillərin təltif olunması mərasimi keçirilib.
Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

















