Azərbaycan Vaqif Xaçatryan, Gevorq Sucyan, David Davtyan və Vigen Eulcekcianı Ermənistana təhvil verib.
Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, təhvilvermə prosesi Həkəri çay üzərindəki körpüdə baş tutub.
N.Paşinyan Gevorq Sucyan, David Davtyan və Viken Eulcekcianın səhhətində problem yoxdur.
O qeyd edib ki, Vaqif Xaçatryanın səhhəti isə qənaətbəxş qiymətləndirilir, onlar İrəvana aparılırlar.

















