Oğuz rayonunda torpaq qalmaqalı yaşanır.
1xeber.media Qaynarinfo-ya istinadla xəbər verir ki, rayon sakini Şahin Həbibullayev ona məxsus torpaq sahəsinin zəbt olunduğunu deyir.
O, bildirib ki, torpağını zəbt edən şəxs "Meyvə Bağları” MMC-nin sahibi Ələsgər Həmzəyevdir.
Şahin Həbibullayevin sözlərinə görə, o, zəbt edilmiş torpaq sahəsinin 2020-ci ildə alıb. "Torpağın sahəsi 4 hektardır. 2020-ci ildə almışam. Bütün sənədləri də əlimdədir. Amma 5 ildir ki, həmin torpaq Ələsgər Həmzəyev tərəfindən zəbt edilib”, - deyə şikayətçi bildirib.
O əlavə edib ki, Ələsgər Həmzəyevin əlində hər hansı sənəd yoxdur.

















