Məlumat verdiyimiz kimi, baş prokuror Kamran Əliyevin əmri ilə ədliyyə generalları Şəfahət İmranov Abşeron, Fuad Məmmədov isə Tərtər rayonunun prokuroru təyin ediliblər. Bu təyinatla əlaqədar olaraq hərbi sistemdə çalışan hər iki şəxs həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
1xeber.media-nın məlumatına görə, Şəfahət İmranov və Fuad Məmmədova mülki prokurorluq orqanlarında xidmətə keçmələri səbəbindən yenidən general rütbəsi verilməyib.
Onlar hazırki vəzifələrində baş ədliyyə müşaviri-polkovnik kimi fəaliyyət göstərəcəklər.

















