Xəbər verdiyimiz kimi,İlham Əliyev Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovu vəzifəsindən azad edib. Bu qərar ictimai müzakirələrə səbəb olub.
Saleh Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin keçmiş rəhbəri Rauf Vəliyevlə qudadır. Rauf Vəliyev 16 yanvar 2026-cı ildə Prezidentin Sərəncamı ilə vəzifədən azad edilib. Bundan cəmi 21 gün sonra isə Saleh Məmmədov eyni aqibətlə üzləşib. Bu zaman ardıcıllığı diqqət çəkir və müxtəlif ehtimalları gündəmə gətirir. Eyni zamanda, Saleh Məmmədovun Bəylər Eyyubov klanına yaxın olduğu barədə iddialar da mediada səsləndirilir. Bu kontekstdə onun vəzifədən uzaqlaşdırılması siyasi və idarəetmə baxımından fərqli yozumlara səbəb olub.
Maraqlıdır, Prezident Saleh Məmmədovu vəzifədən niyə çıxardı? Artıq yaşa dolub ona görə, yoxsa ortada başqa səbəblər var? Bu iki hadisə arasında nə kimi əlaqə ola bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz Azərbaycanda kimlərin hansı klana aid olduğunu bilmədiyini vurğulayıb.
Ətraflı sujetdə:
















