Fevralın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin "Sülh Şurası"nın ilk iclasında iştirak məqsədilə ABŞ-yə səfəri çərçivəsində bir qrup etirazçı Vaşinqton şəhərində yerləşən “Waldorf Astoria” mehmanxanasının qarşısında təxribatçı hərəkətlər törədib.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilib ki, Prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən, etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd edib və Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər.

















