İki gün öncə Eldar Əzizov Suraxanı rayon icra başçısı Adil Əliyevə töhmət verdi.
Töhmətdən sonra Suraxanı rayonunda diqqətçəkən hadisələr baş verir.
Son iki gündür rayon ərazisində özlərini guya şəhərsalma və ya icra hakimiyyəti əməkdaşları kimi təqdim edən, lakin kimliklərini açıqlamayan maskalı şəxslər peyda olub. Həmin şəxslər evlərin və hasarların söküntüsünə başlayıblar. Ən narahatedici məqam isə budur ki, söküntü aparan şəxslərin üzləri maskalıdır. Onlar qara gödəkçə və qara papaq geyinərək, qara eynək vuruaraq heç bir rəsmi sənəd təqdim etmədən və özlərini rəsmi qaydada təqdim etmədən ərazidəki hasarları əllərinə keçən əşyalarala sökürlər.

















