İntensiv yağan yağışlar paxtaxt Bakıda müxtəlif fəsadlar yaradıb. Buna baymayaraq adiyyatı qrumların operativ müdaxiləsi nəticəsində normadan artıq yağan yağışın ciddi problemlər yaratmasının qarşısı alınıb.
1xeber.media xəbər verir ki, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən ərazidə fasiləsiz və intensiv iş rejimi təşkil olunub. Birliyin kollektivi gündüz və gecə saatlarında yüksək məsuliyyət və peşəkarlıq nümayiş etdirərək yaranmış çətinliklərin operativ şəkildə aradan qaldırılması üçün səfərbər olub.

















