Xaricdə yaşayan jurnalist Cavanşir Həsənli Milli Məclisin deputatı Cavanşir Feyziyevlə bağlı yeni məlumat yayıb.
Jurnalist İngiltərə Ali Məhkəməsinin Milli Cinayət Agentliyinin iddiası əsasında Cavanşir Feyziyevin dondurulmuş əmlakları ilə bağlı məhkəmə qərarını əldə etdiyini bildirib.
C.Həsənlinin sözlərinə görə, qərarda yalnız Londonda "dondurulan” 22 əmlakdan bəhs olunmur. Məlum olur ki, deputatın Lixtenşteyndə yerləşən LGT bankındakı hesabında olan vəsait də bloklanıb.
Jurnalist iddia edir ki, söhbət bir neçə milyon İsveçrə frankından gedir.
















