Bakı şəhəri Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 275 ünvanında yerləşən park ərazisinin yeri, yanında yerləşən stadionun məhv edilərək parking kimi istifadəyə verilməsi sakinlərin narazılıığına səbəb olub.
1xeber.media tribuna.az-a istinadla xəbər verir ki, sakinlərin iddiasına görə, park daxilində aparılan tikinti işləri nəticəsində həm park zonası, həm də kafe — daha çox içki məkanı kimi fəaliyyət göstərəcək obyekt hazırlanır.
Sakinlər bildirir ki, belə bir obyektin park ərazisində yerləşdirilməsi ailəvi istirahət mühitinə uyğun deyil. Xüsusilə uşaqlarla gələn valideynlər qeyd edir ki, içki məkanının yaxınlığında olmaq onları narahat edir və bu səbəbdən parkdan istifadə etməkdən çəkinirlər.
















