Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayıs Orucəliyevin cinayət əməli ortaya çıxıb.
Polkovnik xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılıb. İbtidai araşdırma dövründə bütün cinayət əməlləri tam sübuta yetirilib. İş üzrə dövlətə dəymiş ziyan 1 milyon manata yaxındır.

















