Ölkəmizin milli-mənəvi dəyərlərinə xüsusi həssaslıqla yanaşan “Azərsun Holdinq” bu dəfə milli irsin təbliği, xalq oyunlarının yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyan “Milli Xalq Oyunları” Festivalının təşkil edilməsinə dəstək verib.
“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən layihədə qədim xalq oyunları nümunələrindən olan çiləmə, dəyirman, fincan-fincan, iç-çöl, həmçinin bənövşə, gözbağlıcı, qodu-qodu, əl üstə kimi oyunları, milli rəqs master-klassı və digər idman oyunları keçirilib. Gənc rəssamlar 3 fərqli rəsm guşəsində öz rəsmlərini nümayiş etdiriblər.

















