Qəbələnin Quşlar kəndində humanitar böhran: “Qaz yoxdur, odun kəsirik həbs edirlər, yol olmadığı üçün xəstəni həkimə çatdıra bilmirik!”
Qəbələ rayonunun Quşlar kənd sakinləri illərdir həllini tapmayan fundamental infrastruktur problemlərindən əziyyət çəkir. Kənd sakinlərinin 1xeber.media-ya etdiyi müraciətdə qaldırılan problemlər rayondakı yerli idarəetmə orqanlarının vətəndaşların çağırışlarına qarşı göstərdiyi biganəliyi növbəti dəfə ifşa edib.
Məngənədə qalan kənd sakininin sözlərinə görə, kənddə mavi yanacaq ümumiyyətlə yoxdur. Qış aylarında alternativ qızdırıcı vasitələrdən məhrum olan sakinlər məcburiyyətdən meşədən odun tədarük etməyə çalışırlar. Lakin bu zaman onlar fərqli bir problemlə — sərt ekoloji cərimələr və həbs təhlükəsi ilə üzləşirlər:
Bərbad yollar isə can alır: Təcili yardım kəndə girə bilmir!Quşlar kəndinin digər ən böyük problemi isə yolların tamamilə dağılması və keçilməz olmasıdır. Payız və qış aylarında palçıq tərkibli yollar kəndi rayondan tamamilə təcrid edir. Yolun bərbad vəziyyətdə olması birbaşa insan həyatını təhlükəyə atır:
İcra Hakimiyyəti vətəndaşın səsini eşitmirSakinlər bildirirlər ki, qeyd olunan problemlərlə bağlı dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyətinə və aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib. İcra hakimiyyətinin bu problemləri həll etmək üçün birbaşa səlahiyyəti və imkanları olduğu halda, illərdir vətəndaşların şikayətlərinə heç bir obyektiv reaksiya verilmir, reallığı əks etdirən heç bir addım atılmır.
Kənd sakinləri aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarından, "Azəriqaz" -dan və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məsələyə təcili müdaxilə etməsini, onları bu humanitar çətinlikdən xilas etməsini tələb edirlər.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
















