Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Texniki Universiteti (AzTU) tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu ilə “Sabah City” MMC ilə ümumi dəyəri 1 milyon 12 min 914 manat olan icarə müqavilələri imzalayıb.
1xeber.media xəbər verir ki, Yeniavaz.com-un rəsmi məlumatlara istinadən verdiyi xəbərə görə, bir il müddətində qüvvədə olacaq müqavilələr çərçivəsində AzTU 544 min 779 manat, ADNSU isə 468 min 135 manat ödəniş edəcək.
Müqavilənin şərtlərinə əsasən, universitetlər “SABAH.city” innovasiya şəhərciyində ofis sahələri icarəyə götürürlər. Həmçinin ASAN Xidmətin tabeliyindəki “İnnovasiyalar Mərkəzi” MMC də eyni şirkətdən 47 min 42 manata yer icarəyə alıb.















