Vətəndaş Samir Xanəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova ilə bağlı sosial şəbəkədə ciddi ittihamlar irəli sürüb. 1xeber.media xəbər verir ki, o, Facebook hesabında etdiyi paylaşımda adıçəkilən məmurun vətəndaşlara qarşı kobud, laqeyd münasibət göstərdiyini və çoxsaylı şikayətlərin nəticəsiz qaldığını iddia edib.















