Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində 31 səhifəlik yeyinti aktı: Külli miqdarda mənimsəmə iddiaları araşdırılmır
Elm və Təhsil Nazirliyinin bu ilin fevralında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində keçirdiyi yoxlamalar zamanı külli miqdarda dövlət vəsaitinin mənimsənildiyi iddia olunur .
1xeber.media xəbər verir ki,Tribuna.az-a etibarlı mənbələrdən daxil olan xəbərə görə, nazirlik idarənin 2022-ci ilin aprelindən 2026-cı ilin fevralına qədər olan fəaliyyətini yoxlayıb və ciddi qanun pozuntuları aşkarlayaraq 31 səhifəlik rəsmi akt tərtib edib.
Mənbənin iddiasına görə, seçmə üsulu ilə aparılan yoxlamalar zamanı dövlət büdcəsinə külli miqdarda ziyan dəydiyi üzə çıxsa da, indiyədək heç bir hüquqi addım atılmayıb və nöqsanlara yol verən şəxslər cəzalandırılmaq əvəzinə hələ də vəzifə başındadırlar. İdarə əməkdaşlarının Gəncə şəhər Prokurorluğuna etdiyi müraciətlər nəticəsiz qaldığından, bir qrup müəllim məsələnin araşdırılması üçün Baş Prokurorluğa və Maliyyə Nazirliyinə rəsmi şikayət ünvanlayıb.
Xatırladaq ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimovdur. Redaksiya olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.















