Şuşa şəhərində keçiriləcək “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Qlobal Media Forumunun iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtına səfəri başlayıb.
1xeber.media AZƏRTAC-a istinadən xəbər verir ki, Forum iştirakçıları təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Buradan onlar Şuşa şəhərinə yola düşəcəklər.
















