Diqqətlə baxın! Bura hansısa bir hərbi poliqon və ya mühasirəyə alınmış zona deyil! Paytaxtın Nizami rayonu, 'Neftçilər' metrostansiyasının yaxınlığıdır! Amma burada elə bir şəhərsalma hoqqası çıxarılıb ki, insan ağlı bunu qəbul etməkdə çətinlik çəkir! Ev var, mənzillər var, amma gediş-gəliş üçün yol... ümumiyyətlə yoxdur!
İnsanları dörd divarın arasında çıxılmaz vəziyyətdə qoyan növbəti layihə: “Qismət-M House” MMC! Şirkət 'Premium mənzil' adı altında xalqın pulunu yığıb, amma binanın ətrafını dörd bir tərəfdən digər hündürmərtəbəli binalarla elə hörüşdürüb ki, bura resmen bir blokada şəraitidir! Yol sadəcə baxımsız deyil, dostlar, yol ümumiyyətlə mövcud deyil! Sakinlərin binalarına necə gəlib-getdiyi, bu labirintdən necə çıxdığı heç şirkət rəhbərliyinin vecinə də deyil!
Bu sadəcə məişət problemi deyil, bu açıq-aşkar insan həyatına qəsddir! Allah eləməsin, bu binada hər hansı bir bədbəxt hadisə, bir yanğın baş versə, yanğınsöndürən maşın həyətə girə bilməyəcək! Bir xəstə olsa, təcili yardım binaya yaxınlaşa bilməyəcək! Vəziyyətin nə dərəcədə vahiməli olduğunu elə binanın komendantının fəğanı da təsdiqləyir.
Bəli, Jurnalist Heydərovuzun əldə etdiyi vahiməli məlumatlara görə, sakinlər hər gün evdən çıxanda 'Ya Qismət' deyib, sağ-salamat qayıtmaq üçün dua edirlər. Şirkət binaları bir-birinin içinə soxub kvadratmetr satmağı bacarır, bəs bu qədər insanın təhlükəsizliyini, elementar insani hüququ olan gediş-gəliş yolunu təmin etməyi niyə bacarmır? “Qismət-M House” rəhbərliyi bu insanları bu tələyə salmaq üçün kimlərdən icazə alıb?!
Nizami Rayon İcra Hakimiyyətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu rüsvayçılığa dərhal müdaxilə etməsini tələb edirik! İnsanların həyatı bu qədər ucuz deyil! Mövzunun ardı gələcək. Videonu paylaşın ki, səs aidiyyatı yerlərə çatsın!"















