İri Şəhərlərin Su Təchizatının mətbuat katibi Ceyhun Musaoğlu Dövlət Proqramı çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda ekoloji mühiti tamamilə dəyişəcək bu nəhəng infrastruktur layihəsi ilə bağlı görülən işləri əhatə edən qısa və statistik məlumatları əks etdirən paylaşım edib. Həmin paylaşımı olduğu kimi təqdim edirik:
Dövlət Proqramı çərçivəsində icra olunan nəhəng layihənin bir neçə cümləlik və bir şəkillik təqdimatı;
Layihənin adı: Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğuların tikintisi
Sifarişçi: ADSEA
Layihə haqqında statistika:
Kollektorun uzunluğu 23 kilometr, tullantı sutəmizləyici qurğunun məhsuldarlığı gün ərzində 100 000 kubmetr olacaq.
Layihə Xocəsən, Sulutəpə, Şonqar, Lökbatan Yasamal, Badamdar, Bayıl, Bibiheybet massivlərini əhatə edəcək.
Bu işlərin nəticəsində Bakı buxtasının, Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti də yaxşılaşdırılacaq
İşlərin davamı olaraq dənizdə diametri 1600 mm, uzunluğu 2.7 km olan metal borular quraşdırılacaq.
Qurğunun ərazisində enerji mərkəzi tikiləcək, 6 kilovotluq şəbəkə yaradılacaq.
2025-ci ildə başlayan işlərin 2028-ci ildə tamamlanması nəzərdə tutulur.
















