Son vaxtlar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra qurumlarda, cümlədən kitabxanalarda çalışanların ixtisara salınması barədə məlumatlar yayılıb.
İddialara görə, “attestasiya” adı altında çoxsaylı kitabxana işçiləri işdən kənarlaşdırılır.
Məlumata əsasən, attestasiyadan keçməyən kitabxana işçilərinə nazirlik tərəfindən xəbərdarlıq mesajları göndərilib.
Mesajda onların həftənin birinci gününədək öz istəkləri ilə işdən çıxmaq barədə ərizə yazmaları tələb olunur.
Mesajda bildirilir ki, göstərilən müddətədək könüllü istefa ərizəsi təqdim etməyən əməkdaşların əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam veriləcək.
Gununsesiinfo
















