Böhran geridə qaldı: Yuxarı Şirvan kanalında qəza aradan qaldırıldı, kəndlərə suyun verilişi bərpa olundu!
Günlərdir davam edən gərgin gözlənti xoş xəbərlə başa çatdı! Yuxarı Şirvan suvarma kanalında baş verən kritik qəzanın fəsadları Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) gecə-gündüz aramsız çalışan briqadaları tərəfindən tamamilə aradan qaldırılıb. Yarılmış bənd möhkəmləndirilib və kanala suyun normal axını təmin edilib. Bununla da Ucar rayonunda və ətraf ərazilərdə su kəsintisi ilə üzləşən kəndlərə suyun verilişi tam bərpa olunub. Qəza zonasından ən son görüntülər eksklüziv video-süjetimizdə!

















