Naxçıvanda "Arayış" bazarı: Rəsmi qiymət 40 manatdır, bəs sakinlərdən niyə 80 manat alınır?
Naxçıvan Şəhər Poliklinikasında vətəndaşlara qarşı açıq şəkildə qeyri-qanuni ödəniş tələbəsi qurulub! Sürücülük vəsiqəsi və işə qəbul üçün tibbi arayış almağa gələn sakinlər rəsmi dövlət rüsumundan qat-qat artıq məbləğ ödəməyə məcbur edilirlər. "Qayda belədir, hara istəyirsən şikayət elə" deyən poliklinika əməkdaşları yığılan pulların qarşılığında niyə qəbz vermir? Dövlət büdcəsindən gizlədilən və şəxsi ciblərə axan minlərlə manat vəsaitin pərdəarxası süjetimizdə!

















