Azərbaycan–Gürcüstan sərhədinin “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində uzun növbə yaranıb.
İlkin məlumata görə, yük avtomobillərinin növbəsi 10 kilometrdən artıqdır və yüzlərlə TIR hazırda öz növbəsini gözləyir. Bildirilir ki, TIR parklarının dolması səbəbindən yük maşınları yol kənarında saxlanılır, bu isə həmin istiqamətdə digər nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır.
Qeyd edək ki, “Qırmızı Körpü” məntəqəsində zaman-zaman yüzlərlə yük avtomobilinin növbə gözlədiyi hallar müşahidə olunur.
Yaranmış sıxlığın səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.














