İstintaqın ilkin nəticələrinə əsasən, müəyyən edilib ki,Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb.
Bu barədə Caliber.az hökumət mənbələrinə istinadla məlumat yayıb.
“Üstəlik, Rusiya tərəfinin radioelektron mübarizə vasitələrindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic vəziyyətinə düşüb. Məhz bu səbəbdən təyyarə Rusiya aviasiya məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyasında bərpa edilib”, - məlumatda qeyd olunub.