Şahbaz Şərif Çinin kosmik stansiyasındakı ilk pakistanlı astronavtla danışıb.1xeber.media xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif Çinin “Tianqun” (Tiangong) orbital kosmik stansiyasında missiya yerinə yetirən ölkənin ilk astronavtı Məhəmməd Zeşan Əli ilə canlı telefon danışığı aparıb.
Noyabrın 28-də baş tutan və Pakistan Televiziyasının (PTV) efirində canlı yayımlanan bu tarixi əlaqə Pakistanın kosmik proqramı və elmi-texnoloji inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilib.
Söhbət zamanı Baş nazir Şahbaz Şərif astronavtı əldə etdiyi nailiyyət münasibətilə təbrik edib, onun kosmik missiyası, apardığı elmi işlər və stansiyadakı təcrübəsi ilə yaxından maraqlanıb.
Qeyd edək ki, Məhəmməd Zeşan Əlinin kosmik missiyası Pakistan və Çin arasında genişlənən strateji və elmi əməkdaşlığın tərkib hissəsidir. Bu tərəfdaşlıq çərçivəsində pakistanlı mütəxəssislər astronavt hazırlığı keçmək və pilotlu kosmik uçuş proqramlarında iştirak etmək imkanı əldə edirlər. Çinin “Tianqun” orbital stansiyası elmi təcrübələrin aparılması, yeni texnologiyaların sınaqdan keçirilməsi və beynəlxalq kosmik tədqiqatların inkişafı üçün nəzərdə tutulub.[media=https://www.youtube.com/live/5MzZqdNLyZA?si=89LPIn-IYzcrQTge]














