Tarixi geosiyasi dönüş: 'C5' formatı rəsmən 'C6' oldu — Prezident İlham Əliyev regional inteqrasiyanın yeni miqyasını açıqladı"
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın "UzA" agentliyinə geniş müsahibə verib. Dövlət başçısı rəsmi Bakının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə regionun güc balansının dəyişdiyini bəyan edib. Müsahibədə həmçinin iki ölkə arasında 795 milyon dollara çatan rekord ticarət dövriyyəsi, Xəzərin dibi ilə çəkiləcək "Yaşıl Dəhliz" və birgə sənaye layihələrinə dair mühüm rəqəmlər yer alıb.
















