Bakıda növbəti yaşıllıq qətliamı: Özbəkistan küçəsində ağaclar kökündən söküldü, qurumlar susur — VİDEO"
Nizami rayonu, Özbəkistan küçəsində yerləşən böyük yaşıllıq sahəsi hündürmərtəbəli binaların tikintisinə qurban verilir. Sağlam ağacların vəhşicəsinə kökündən çıxarıldığını əks etdirən görüntülər yayılsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanan sorğular cavabsız qalıb. Sakinlərin sağlam ətraf mühit hüququnu tapdalayan bu tikintinin arxasında kim dayanır?

















