Daşkənddə Möhtəşəm Qarşılanma: Şavkat Mirziyoyev və Xanımı İlham Əliyevlə Mehriban Əliyevanı Şəxsən Qarşıladı!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistana dövlət səfərinə gəliblər. “Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında ali qonaqların şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan liderini və birinci xanımı birbaşa təyyarənin pilləkəni yanında, olduqca səmimi və qardaşca qarşılayıblar.

















