“Azərbaycan Diplomatiyasında Bir İlk!” – Hikmət Hacıyev Daşkənddə Tarixi Sənədin İmzalanacağını Açıqladı!
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə media mənsublarına eksklüziv müsahibə verən Prezidentin köməkçisi Hikmət Hacıyev, Bakı və Daşkənd arasında münasibətlərin tamamilə yeni və görünməmiş bir zirvəyə yüksəldiyini bəyan edib. O, səfər çərçivəsində iki ölkə lideri tərəfindən rəsmən "Əbədi dostluq münasibətləri haqqında sənəd"in imzalanacağını açıqlayıb.

















