Azərbaycan idmanında gənc və istedadlı atletlərin qazandığı uğurlar gələcəyə böyük ümidlər yaradır. Belə idmançılardan biri də 276 nömrəli məktəbin şagirdi Murad İsmayılovdur. Müxtəlif ölkə və beynəlxalq yarışlarda medallar qazanan gənc atlet qarşısına daha böyük hədəflər qoyub.















