Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşüb. Bakıda təşkil olunan rəsmi qarşılanma mərasiminin ardından liderlər həm məhdud, həm də geniş tərkibdə danışıqlar aparıblar. Görüşlərin yekununda iki ölkə arasında iqtisadiyyat, vergitutma və diplomatiya sahələrində əməkdaşlığı genişləndirən mühüm sənədlər mübadilə edilib. Səfərin təfərrüatları, imzalanan müqavilələr və liderlərin mətbuata bəyanatları barədə ətraflı süjetimizdə!
















