Türkiyə hotellərində beynəlxalq təcrübə keçən 32 MDU tələbəsi Mingəçevirə qayıtdı! – XÜSUSİ SÜJET
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Türkiyənin qonaqpərvərlik sektorunda istehsalat təcrübəsini uğurla başa vuran “Turizm işinin təşkili” ixtisasının sonuncu kurs tələbələri ilə görüşüb. Gənclər qardaş ölkənin nəhəng turizm obyektlərində qazandıqları müştəri məmnuniyyəti və komanda idarəçiliyi sirlərini bölüşüblər.

















