Xankəndidə UEFA standartlarına uyğun möhtəşəm arena: Prezident İlham Əliyev Şəhər Stadionunun açılışında iştirak etdi!İşğaldan azad edilən torpaqlarımızda idman infrastrukturunun bərpası çərçivəsində təməli 1956-cı ildə qoyulmuş tarixi stadion tamamilə yenidən qurulub. UEFA-nın 3-cü kateqoriya tələblərinə cavab verən arenanın ərazisi genişləndirilərək 3,39 hektara, tamaşaçı tutumu isə 8554-ə çatdırılıb. Müasir futbol meydançası, geniş atletika zonası və VIP tribunalar...
















