Kanadalı jurnalist Ketrin Herridj ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Əl-Qaidənin lideri olmuş Ənvər əl-Avlakinin illər öncə təhsil haqqını ödədiyini iddia edib.
1xeber.media xəbər verir ki, o, "X" sosial şəbəkəsində Ənvər əl-Avlakinin təhsil haqqının USAİD tərəfindən ödənildiyini təsdiq edən sənədin fotosunu paylaşıb.
“USAİD “Əl-Qaidə”nin lideri olmuş Ənvər Avlakinin kollec təhsilini dəstəkləyib”, - o qeyd edib.
Ənvər əl-Avlaki Amerika kəşfiyyat orqanları tərəfindən 2001-ci il sentyabrın 11-də törədilən terror aktlarında, eləcə də 2000-ci illərin ikinci yarısında bir sıra hücumlarda iştirakda şübhəli bilinir. Terrorçu 2011-ci il sentyabrın 30-da Yəməndə ABŞ-nin pilotsuz təyyarəsinin endirdiyi zərbə nəticəsində öldürülüb.