"Rusiyanın birinci prezidenti Boris Yeltsin xain, satqın olub".
1xeber.media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Nikolay Arefyev deyib.
Deputat, həmçinin Rusiyanı və onun vətəndaşlarını məsxərəyə qoyan şəxsləri xarici agent kimi tanımağa və ölkədən qovmağa çağırıb.
Qeyd edək ki, Boris Yeltsin 1991–1999-cu illərdə Rusiya Federasiyasının 1-ci Prezidenti olub.