Yalnız altı Avropa ölkəsi atəşkəs bağlandıqdan sonra Ukraynaya qoşun yeritməyə hazır olduqlarını bəyan ediblər.
1xeber.media xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.
“Hazırda Böyük Britaniya, Fransa və Baltikyanı ölkələr də daxil olmaqla, təxminən 6 ölkə qoşun yeritməyə hazır olduqlarını bildiriblər”, - məlumatda deyilir.
Agentliyin qeyd etdiyi kimi, “istəklilər koalisiyasının” bir hissəsi olan 30-a yaxın ölkənin əksəriyyəti üçün əsas problem qoşunların yerləşdirilməsi məqsədlərinin qeyri-müəyyənliyi olaraq qalır. Üstəlik, Avropa rəsmiləri arasında ABŞ-ın Ukraynada yerləşdirilən qruplaşmaya dəstək verməyə hazır olub-olmayacağı ilə bağlı hələ də anlaşılmazlıq var.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Ukraynaya qoşun yeritməyin mümkün formatları barədə danışıb.