1xeber.media İran Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, iyunun 13-də münaqişə başlayandan bəri İranda azı 430 nəfər ölüb, 3500 nəfər yaralanıb.
Bu, İranda bir neçə gün ərzində ölənlərin sayı ilə bağlı ilk rəsmi məlumatdır.
İranın Səhiyyə Nazirliyi daha əvvəl ölənlərin sayının 224 olduğunu, İnsan Haqları Fəalları Xəbər Agentliyi isə cümə günü ölənlərin sayının 657 olduğunu bildirib.
İsrail İranda mülki vətəndaşların həlak olması ilə bağlı açıqlama verməyib.