İran Avropa ilə nüvə danışıqları aparacaq
İran noyabrın 29-da Cenevrədə Almaniya, Fransa və İngiltərə ilə nüvə müzakirələrinə başlayacaq. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi məlumat verib.
1xeber.media xəbər verir ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin ölkə ilə bağlı qərarından sonra belə bir addım atıb. Qeyd olunur ki, danışıqlar təkcə İranın nüvə proqramı deyil, Qəzza zolağı və Livan kimi regional məsələləri də əhatə edəcək.Ehtimal olunur ki, əsas məsələlərdən biri dünya gücləri ilə Tehran arasında “5+1” kimi tanınan sazişin yenilənməsi ola bilər.
İran və Rusiya və ABŞ ilə birlikdə Fransa, Almaniya və İngiltərənin daxil olduğu danışıqlar qrupu 2015-ci ilin iyul ayında Birgə Hərtərəfli Fəaliyyət Planı (CDGL) olaraq da bilinən razılığa gəlib.Bu, Tehranın nüvə proqramı ilə bağlı çıxılmaz vəziyyətə son qoydu. Təxminən iki il davam edən gərgin danışıqlardan sonra Vyanada əldə edilən razılaşma İranın sanksiyaların aradan qaldırılması müqabilində nüvə silahı istehsal edə bilməyəcəyinə dünyanı əmin etmək üçün İranın proqramını məhdudlaşdırdı.