Əgər Trampın 50 günlük ultimatumuna əməl olunmazsa, nəticələr ciddi ola bilər.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ senatoru Lindsey Graham Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlığında bildirib.
O, qeyd edib ki, Putin 51-ci gündə nə baş verəcəyini bilmək istəyirsə, İranın ali dini lideri Əli Xamneyiyə zəng etsin.
Senator Trampın vaxtilə İrana qarşı atdığı addımlara eyham vuraraq Rusiyadan neft alan ölkələri də xəbərdarlığı ciddiyə almağa çağırıb.