Türkiyənin müdafiə sənayesi şirkəti “Roketsan” İstanbulda keçirilən IDEF-2025 beynəlxalq müdafiə sərgisində “Tayfun Block-4” də daxil olmaqla, altı qabaqcıl sistemi nümayiş etdirib.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, “Tayfun Block-4” ballistik raketi Türkiyənin ən uzaqmənzilli yerli istehsal ballistik raketi olan “Tayfun” raketinin hipersəs versiyasıdır:
“Çəkisi 7 tondan çox olan və çoxməqsədli döyüş başlığı ilə təchiz edilmiş “Tayfun”un yeni versiyası hava hücumundan müdafiə sistemləri, komanda məntəqələri, hərbi anqarlar və mühüm hərbi obyektlər kimi çoxsaylı strateji hədəfləri məhv edə biləcək”.