Rusiya ordusu Xarkov şəhərini raket atəşinə tutub.
1xeber.media xəbər verir ki, bu barədə Bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Onun sözlərinə görə, partlayış nəticəsində azı 33 nəfər yaralanıb. Yaralananlar arasında 10 yaşlı uşaq və bir aylıq körpə də var.
Donetsk vilayətinin Konstantinovka kəndinə də endirilən raket zərbələri nəticəsində iki nəfər ölüb, 12 nəfər isə yaralanıb.