Ukrayna Avropa Birliyinə qəbul edilməməlidir, çünki yeni üzvlər bloku gücləndirməlidir, onu zəiflətməməlidir.
1xeber.media xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto CNN telekanalına açıqlamasında bildirib.
"Ukrayna Avropa Birliyini daha güclü etməyəcək, əksinə... Müharibə aparan ölkə Avropa Birliyinə müharibəni gətirir, bu, bizim istədiyimiz deyil. Ukraynanın hazırkı vəziyyəti Avropa Birliyini praktiki olaraq zəiflədəcək", - o qeyd edib.