Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniya Baş naziri Keyr Starmer arasında telefon danışığı baş tutub.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat verib.
Liderlərin ikitərəfli, regional və qlobal məsələləri müzakirə etdikləri bildirilib.
Bundan əlavə, Ərdoğan Starmeri Fələstin dövlətini tanımaqla bağlı açıqlamalarına görə təbrik edib.