Birləşmiş Ərəb Əmirlikləri Sudana uçuşları dayandırıb.
1xeber.media xəbər verir ki, bu barədə BƏƏ-nin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
“Aşharq Nyus” nəşrinin məlumatına görə, bu addım çox güman Xartum və Əbu-Dabi arasındakı gərginliklə bağlıdır. Bundan əvvəl Sudan BƏƏ-ni kolumbiyalı muzdluları Çevik Reaksiya Qüvvələrinin tərəfində döyüşmək üçün yerləşdirməkdə ittiham edib.
BƏƏ Xarici İşlər Nazirliyi isə ittihamları rədd edib.