10 mart 2025-ci ildə Suriya Demokratik Qüvvələri (SDQ) ilə Suriya hökuməti arasında imzalanan razılaşma yerinə yetirilmir.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.
“SDQ terror təşkilatının razılaşmaya uyğun davranmadığı müşahidə olunur. Suriyanın cənubunda baş verən toqquşmalardan güc alan SDQ-nin son dövrlərdə daha sərt çıxışlar etdiyi diqqətdən qaçmır”, - məlumatda qeyd olunub.
Bildirilib ki, SDQ-nin Menbiç və Hələb ətrafında Suriya hökumətinə qarşı həyata keçirdiyi hücumlar ölkənin siyasi birliyini və ərazi bütövlüyünü təhdid edir.
Qeyd edək ki, bu ilin martında Suriyanın yeni hökuməti ilə SDQ arasında razılaşma əldə olunmuşdu.