Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti prezidentlik müddətinə namizədliyini irəli sürməyəcək.
1xeber.media xəbər verir ki, bu barədə Lukaşenko özü məlumat verib.
O, hazırda belə bir şeyi planlaşdırmadığını bildirib.
Lukaşenko qeyd edib ki, o, Amerika lideri Donald Trampdan yaşca kiçikdir və həm də yaxşı fiziki formadadır:
"Trampın tezliklə 80 yaşı olacaq və o, yaxşı görünür, mən də idmançı bir insanam, belə bir həyat tərzi keçirməyə çalışıram. O, içki içməyən insandır, mən də içki içmirəm, siqaret çəkmirəm, o da siqaret çəkmir. Düşünürəm ki, sağlamlıq baxımından ondan geri qalmaya bilərəm, baxmayaraq ki, bizim qaçqınlar məni hər ay dəfn edirlər. Tramp – o, buldozerdir, atdır. Mən çalışacağam ki, Trampdan daha möhkəm olum".
Qeyd edək ki, avqustun 30-da Lukaşenkonun 71 yaşı tamam olacaq.