Rusiya müharibənin 1266-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 665 təyyarəsi, 283 helikopteri, 76 676 PUA-sı, 625 zenit-raket kompleksi, 24 546 tank və digər zirehli texnikası, 1 585 reaktiv yaylım atəş sistemi, 28 426 artilleriya və minaatanı, 39 561 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.