Yunanıstanda güclü külək və yüksək temperatur səbəbindən Peloponnes yarımadasından Qərbi Yunanıstana qədər bir çox bölgədə meşə yanğınları baş verib.
1xeber.media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın ölkənin qərbindəki Ahaia bölgəsində sürətlə yayılaraq yaşayış məntəqələrinə və Patra Sənaye Zonasına çatıb. Patra-Pirqo avtomobil yolu bağlanıb. Yanğın səbəbindən 5 kəndin təxliyəsi barədə göstəriş verilib.
Bundan əlavə, ərazidə olan çimərlikdə qapalı qalan 51 nəfər sahil təhlükəsizlik qrupları tərəfindən təhlükəsiz bölgələrə köçürülüb.